İyunun 28-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.
Nazirlər Kabinetindən verilən xəbərə görə, Baş nazir Əli Əsədov doğum günü münasibətilə İrakli Qaribaşvilini təbrik edib, dost Gürcüstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb.
Telefon danışığı zamanı Azərbaycan-Gürcüstan münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.