Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı başa çatıb.
TAN.AZ-ın xəbərinə görə, tədbir iştirakçıları sabah – iyulun 2-də Şuşa şəhərinə səfər edəcək, şəhərdə aparılan bərpa və quruculuq işləri ilə yaxından tanış olacaqlar.
Qeyd edək ki, tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri iştirak ediblər.
Nümayəndə heyətinin tərkibində 15 ölkənin parlament sədri də yer alıb.