Home Gündəm İran və Azərbaycan XİN rəhbərləri Tehranda görüşüb

İran və Azərbaycan XİN rəhbərləri Tehranda görüşüb

234
0
SHARE

4 iyul 2022-ci il tarixində İrana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, görüşdə nazir Ceyhun Bayramov dəvətə və qonaqpərvərliyə görə təşəkkür ifadə edib.

2021-ci ilin dekabr ayında İran xarici işlər nazirinin Azərbaycana səfərini xatırlayan nazir, qarşılıqlı səfərlərin ikitərəfli əlaqələn inkişafına verdiyi töhfəni qeyd edib.

Qısa zamanda, ölkə örezidentləri arasında iki dəfə görüşlərin keçirilməsinin Azərbaycan və İran arasında əlaqələrin inkişafının göstəricisi olduğu vurğulanıb.

Nazir Ceyhun Bayramov ötən il ərzində iki ölkə arasında ticarət dövriyyəsinin 30%, 2022-ci ilin ilk yarısında isə 18% artdığını qeyd edərək bu istiqamətdə inkişaf üçün potensialın daha çox olduğunu bildirib.

Azərbaycan və İran arasında energetika sahəsində əməkdaşlıq, bu xüsusda, “Xudafərin” və “Qız Qalası” layihələrinin əhəmiyyəti ifadə edilib. Ölkələrimiz arasında xüsusilə nəqliyyat sahəsində səmərəli regional əməkdaşlığın mövcud olduğu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti qeyd edilib.

Astarada dəmir yolu terminalının tikintisinin davam etdirilməsinin vacibliyi, eyni zamanda, Astaraçay üzərində körpünün tikintisinin də uğurla davam etdirildiyi qeyd olunub.

Münaqişə sonrası mərhələdə azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən həyata keçirilən bərpa və quruculuq işlərindən bəhs edən nazir Ceyhun Bayramov, İran şirkətlərinin bu prosesdə iştirakını məmnunluqla vurğulayıb.

Nazir həmkarına Azərbaycanın bölgədə sülh quruculuğu istiqamətində atdığı addımlar barədə məlumat verib, Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə ciddi riayət edilməsi əsasında münasibətlərin normallaşmasına hazır olduğunu bildirib.

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian dəvəti qəbul edib İrana səfər etdiyi üçün nazir Ceyhun Bayramova təşəkkür edib. O, iki ölkənin dövlət başçılarının görüşündə əldə olunan nailiyyətləri, imzalanan sənədləri məmnunluqla qeyd edib. Azərbaycanın İranın xarici siyasətində önəmli yer tutduğunu bildirən nazir Hüseyn Əmir-Abdullahian, iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, ticarət, nəqliyyat, energetika sahələrində əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb.

Nazir Hüseyn Əmir-Abdullahian, həmçinin İran tərəfinin “İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumu”nun icrasında qərarlı olduğunu ifadə edib.

Tərəflər, həmçinin çoxtərəfli formatlarda əməkdaşlıq, regional məsələlər və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Tərəflər, həmçinin çoxtərəfli formatlarda əməkdaşlıq, regional məsələlər və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. 3+3 regional formatın davam etdirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, Türkiyə-Azərbaycan-İran formatında əməkdaşlığın əhəmiyyəti qeyd edilərək, bu formatda növbəti görüşə İran tərəfinin ev sahibliyi edəcəyi alqışlanıb.

***

11:43

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla görüşüb.

TAN.AZ xəbər verir ki, bu gün səhər Tehrana səfər edən Ceyhun Bayramovu iranlı həmkarı XİN binasında rəsmi qarşılayıb.

Daha sonra da nazirlər iki tərəfli əlaqələrin inkişafı, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacaq.