Home Gündəm Nazir: “Biz bu gün qalib ölkənin diplomatlarıyıq”

Nazir: “Biz bu gün qalib ölkənin diplomatlarıyıq”

229
0
SHARE

“Azərbaycanın, Qarabağın incisi, ölkəmizin və Türk dünyasının mədəniyyət paytaxtı – Şuşada sözün əsl mənasında bizlər üçün bayram bayrama qarışıb”.

TAN.AZ xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində deyib.

“Nə xoşbəxt ki, bu gün biz hər birimiz artıq qalib ölkənin vətəndaşları, qalib ölkənin səfirləri, qalib ölkənin diplomatlarıyıq. Mən bu xoşbəxtliyi bizlərə yaşadan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə, qəhrəman Azərbaycan Ordusuna minnətdarlıq etmək istərdim. Biz bu gün böyük minnətdarlıq hissi ilə şəhidlərimizin ruhu qarşısında baş əyirik, onlar canlarından, qazilərimiz qanlarından keçdi və məhz bunun nəticəsində biz hamımız bu xoşbəxtliyi və sevinci yaşaya bilirik”, – XİN rəhbəri qeyd edib.