Home Cəmiyyət Gədəbəydə Şəhid ailələri və qazilərin tibbi müayinəsi təşkil edildi…

Gədəbəydə Şəhid ailələri və qazilərin tibbi müayinəsi təşkil edildi…

408
0
SHARE

Tan.az -ön məlumatına görə  bu gün Millət vəkili  Arzu Nağıyevin təşəbbüsü ilə Novosaratovka kəndində şəhid ailələri ilə görüş keçirilib.  Bunu deputatın köməkçisi Elşad İsmayılov bildirib. Onun sözlərinə görə Şəhid ailələri ilə ətraflı söhbət aparılıb, onların qayğıları ilə yaxından maraqlanıllb.
Həmçinin “Sağlamlığın Qorunması” ictimai birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyevanın təşəbbüsü ilə  şəhid ailələrinin və qazilərin tibbi müayinəsini həyata keçirmək məqsədilə təşkil edilmiş aksiya çərçivəsində Elmli-Tədqiqat Kardiologiya İnstitutunun peşakar həkimləri tərəfindən (ürək -qan damar xəstəlikləri) Gədəbəy Rayon Mərkəzi xəstəxanasında şəhid ailələrinin müayinə olunmaları təşkil edilib. Hər bir müraciət edən şəxsə müayinələrin nəticələrinə əsasən müalicə təyin edilərək, dərman preparatları ilə təmin olundular.
Millət vəkili Arzu Nağıyev Şəhid ailələrinə və qazilərə göstərdikləri yüksək səviyyədə diqqət və qayğıya görə Yazgül Abdıyeva  başda olmaqla Akademik C.M.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutunun rəhbərliyinə, həkimlərinə və mütəxəssislərinə öz təşəkkürünü bildirib.
Şəhid ailələri və qazilər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin, Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını  hər zaman hiss etdiklərini, daim dövlət qayğısı ilə əhatə olunduqlarını bildirərək ölkə başçısına və Birinci Vitse Prezidentə öz minnətdarlıqlarını bildirdilər.