Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət ediblər.
Milli Məclisin Mətbuat və ctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına və dövrün tələblərinə cavab verən yeni qanunun hazırlanmasının vacibliyi öz əksini tapıb.
Hazırda Milli Məclisin sədri Sahibə Qafarovanın müvafiq tapşırığına əsasən, böyük ictimai əhəmiyyət kəsb edən bu yeni qanun layihəsinin hazırlanması üzərində iş davam edir. Artıq Azərbaycanda dövlət qeydiyyatına alınmış aşağıda adları göstərilən siyasi partiyalar yeni qanun layihəsinə dair təkliflərini Milli Məclisə təqdim ediblər:
- Vətəndaş Həmrəyliyi Partiyası
- Ana Vətən Partiyası
- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
- Böyük Quruluş Partiyası
- Vəhdət Partiyası
- Azərbaycan Demokratik Maarifçilik Partiyası
- Demokratik İslahatlar Partiyası
- Vətəndaş Birliyi Partiyası
- Milli Cəbhə Partiyası
- REAL Partiyası
- Azərbaycan Demokrat Partiyası
- Böyük Azərbaycan Partiyası
- Azərbaycan Milli İstiqlal Partiyası
- Ədalət Partiyası
- Azərbaycan Liberal Demokrat Partiyası
- Milli Vəhdət Partiyası
- Aydınlar Partiyası
- Azərbaycan Naminə Alyans Partiyası
- Azərbaycan Sosial Demokrat Partiyası
- Azərbaycan Sosial Rifah Partiyası
- Cümhuriyyət Xalq Partiyası
- Müstəqil Xalq Partiyası
- Milli Həmrəylik Partiyası
- Azərbaycan Respublikaçılar Partiyası
- Azərbaycan Təkamül Partiyası
- Milli Demokrat İdrak Partiyası
- Gələcək Azərbaycan Partiyası
- Haqq Ədalət Partiyası
- Azərbaycan Yüksəliş Partiyası