Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə növbəti ikitərəfli dövlət komissiyasının ikinci iclasının tarixi məlum olub.
TAN.AZ Ermənistan KİV-inə istinadən xəbər verir ki, komissiyanın ikinci iclası avqustun 30-da Moskvada keçiriləcək.
Bu barədə məlumatı komissiyanın Ermənistan tərəfindən olan həmsədri, baş nazirin müavini Mqer Qriqoriyanın ofisi yayıb.
Qeyd edək ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli dövlət komissiyasının Azərbaycan tərəfdən həmsədri Baş nazirinin müavini Şahin Mustafayevdir.
Qeyd edək ki, sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə ilk görüş bu il mayın 24-də Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində baş tutmuşdu.