Home Gündəm Şuşaya səfər edən diplomatlar Cıdır düzündə olublar

Şuşaya səfər edən diplomatlar Cıdır düzündə olublar

189
0
SHARE

Şuşaya səfər edən Azərbaycanda rezident əsasda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Cıdır düzündə olublar.

TAN.AZ xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Cıdır düzü barədə diplomatlara məlumat verib.
Bildirib ki, bu ərazidə hər zaman mədəni tədbirlər, festivallar keçirilib.

A. Kərimov deyib ki, işğal aradan qaldırıldıqdan sonra Şuşada 30 ildir keçirilməyən mədəni tədbirlər bərpa olunub, Cıdır düzündə “Xarı Bülbül” festivalı keçirilib.

Aydın Kərimov həmçinin əlavə edib ki, Azərbaycan hərbçiləri Cıdır düzündən, buradakı qayalıqlardan çıxaraq şəhərə daxil olub, onu azad ediblər.