Home Gündəm Prezident İlham Əliyev: “Bu gün İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır”

Prezident İlham Əliyev: “Bu gün İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır”

216
0
SHARE

“Bu gün İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır”.

TAN.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Romada İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, təhsil sahəsində biz yeni genişmiqyaslı əməkdaşlığa başlayırıq: “İki il bundan əvvəl İtaliyada dövlət səfərində olarkən mən bu təkliflə çıxış etmişdim ki, İtaliya-Azərbaycan Universiteti yaradılsın. İtaliya rəhbərliyi də bunu alqışladı və qısa müddət ərzində artıq biz praktiki fəaliyyətə başlayırıq”.

Prezident İlham Əliyev bu ilin aprel ayında Bakıda ADA Universitetinin kampusunda İtaliya xarici işlər naziri cənab Luici Di Maionun iştirakı ilə yeni tədris korpusunun təməlinin qoyulduğunu vurğulayıb: “İtaliyanın aparıcı universitetləri ilə ADA Universitetinin əməkdaşlığı iki ölkə arasındakı dostluq əlaqələrini möhkəmləndirəcək. Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti, Roma Sapienza Universiteti – bu adlar İtaliyanın kənarında da məşhurdur. Onu da bildirməliyəm ki, İtaliya-Azərbaycan Universitetinin nəzdində iki institut – Kənd Təsərrüfatı və Qida Elmləri İnstitutu və Dizayn və Memarlıq İnstitutu fəaliyyət göstərəcək”.

Dövlət başçısı İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalandığını qeyd edib: “Bizim çox güclü siyasi-iqtisadi əlaqələrimiz mövcuddur. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Keçən il ticarət dövriyyəmiz 9,6 milyard, bu ilin yeddi ayında isə 11 milyard dollara çatıb”.