Home Gündəm Novella Cəfəroğlu: “Partiyadan çıxaracaqlar, gedib Türkiyədə təmiz müsavatçıların “kruq”una girəcəm”

Novella Cəfəroğlu: “Partiyadan çıxaracaqlar, gedib Türkiyədə təmiz müsavatçıların “kruq”una girəcəm”

200
0
SHARE

“Sözüm təkcə Müsavat Partiyasında deyil, müxalifətdə olanların hamısınadır. Deyirdilər ki, Prezident Qarabağı azad etsin, 30 il də otursun öz kürsüsündə. Bu söhbət olub, düzdür, ya yox? Mənim 80 yaşım var, Prezidentə “oğul” deyə bilərəm. Bu oğul Qarabağı azad edib. Bir santimetr torpağı ala bilmirdik, bu adam Qarabağı azad etdi. Siz bu gün Prezidenti təbrik etməyəcəksiniz, bəs kimi təbrik edəcəksiniz? 15 ildir Ordunu gücləndirib. Şuşanı azad edən Xüsusi Təyinatlı Qüvvələrin mükəmməl təlim keçmələri üçün haralara göndəriblər. Onlar dağa çıxmağı necə öyrəniblər? Bütün bunları ərsəyə gətirmək, torpaqları azad etmək üçün nə qədər vəsait xərclənib. İndinin özündə də Azərbaycanı hər tərəfdən qısqanclıq bürüyüb. Bilirsiniz ki, bir tərəfimiz İran, bir tərəfimiz Rusiya, digər tərəfimiz Ermənistandır. Bu üçünün arasında arxamızda dayanan yeganə dövlət Türkiyədir”.

 

Bu sözləri açıqlamasında Müsavat Partiyasının üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

 

O, Laçının geri alınması münasibətilə Ali Baş Komandan İlham Əliyevi təbrik etdiyi üçün Müsavat Partiyasının başqan müavini Osman Kazımovun Partiyadan kənarlaşdırılması təklifini irəli sürənlərə belə cavab verib: “Ay sizə qurban olum, Osman Kazımov təbrik etməsin, nə etsin? Osman Kazımov Müsavat Partiyasında Novella ilə birlikdə olmayan işləri görüb. Tutulanları buraxmışıq, yüz dəfə döyülmüşük, söyülmüşük. Mənlə Osmandan çox döyülüb-söyülən olmayıb. İstəyirlər, çıxarsınlar. Biz ürəkdə müsavatçıyıq. Mənim yolum Müsavatdan yox, Əbülfəz Elçibəydən gəlir. Müsavatçılıq ürəyimdədir. Çıxaracaqlar, gedib Türkiyədə təmiz müsavatçıların “kruq”una girəcəm. Məni Müsvatdan çıxarsınlar, bəs Müsavatı mənim ürəyimdən çıxara bilərlər? Bir az tolerant olun. İndi zamanıdır, hamımız birləşməliyik. Çünki qalib gəlmişik, amma müharibənin axırına çatmamışıq. Hamımız bir yerdə olmalıyıq ki, indiki düşmənlərə cavab verək. Bu, nə bolşevizimdir? Rusun bolşevikləri kimi -“Bizimlə olmayan bizə qarşıdır”. Təbrik də edəcəyik, hər şey də. Adamın Allahı var. Əbülfəz bəyin xanımı rəhmətə gedəndə zəng edib dedim ki, Əbülfəz bəyin xanımı rəhmətə gedib, aparırlar Naxçıvana, qohumları isə gedə bilmir. Mehriban xanım təyyarə verdi. Bəs mən Mehriban xanıma “sağ olun” deməyim? Bu, heç olan şeydir? Bacarın, yaxşılığa yaxşılıqla cavab verin. Qurban olum sizə, dialoq lazımdır, danışmaq lazımdır. Bəlkə, bu gün siz dialoqa getsəniz, sabah məmurların özbaşınalığı, korrupsionerliyi barədə gedib Prezidentin özü ilə danışa bilərsiniz? Yüz dəfə desinlər. Yüz dəfə də deyiblər ki, Novellanı Müsavatdan atın bayıra. Novella müsavatçıdır, amma orada oturanlar müsavatçı deyil. Çünki Novella atasından qalan müsavatçıdır. Məni və Osman Kazımovu söyənlər “əldəqayırma” müsavatçıdırlar. Biz əsl müsavatçıyıq. Danışığa da gedəcəyik, tənqid lazım olanda da tənqid edəcəyik. Bizdə hamısı var. İndiyə qədər məndən çox tənqid edən olmayıb. Bu, nə sözdür, bu, nə davranışdır, bu, nə münasibətdir?”