Home Gündəm “Siyasi partiyalar haqqında” yeni qanun böyük töhfə verəcək…

“Siyasi partiyalar haqqında” yeni qanun böyük töhfə verəcək…

191
0
SHARE

Azərbaycanda siyasi müstəvidə həyata keçirilən islahatların dərinləşməsi prioritet olmaqla yanaşı, müasir dövrün çağrışlarındandır. Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanmasına bu islahatların tərkib hissəsi kimi baxmaq lazımdır.

Bu barədə danışan deputat Vüqar Bayramov bildirib ki, yeni inkişaf hədəfləri kontekstində “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu zəruri idi.

Deputat xatırladıb ki, mövcud “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 1992-ci il 3 iyun tarixində qəbul edilib: “Aydındır ki, ötən 30 ildə siyasi münasibətlərə baxış dəyişib və ölkədə formalaşan yeni siyasi düzən hüquqi müstəvidə də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını vacib edirdi.

Layihənin hazırlanması prosesində demokratik dəyərlərin gözlənilməsi və şəffaflığın qorunması əsas prinsiplərdən olub. Belə ki, qanun layihəsi Milli Məclisin plenar iclasına, həmçinin komitələrin iclasına çıxarılmazdan əvvəl Milli Məclisin saytında yerləşdirilib və bu ayın 28-də ilk ictimai dinləmə də təşkil ediləcək.

Məhz bu prinsiplərin gözlənilməsi layihənin hazırlanması prosesində siyasi partiyaların daha fəal iştirakına zəmin yaratmışdır. Artıq 39 siyasi partiya öz təkliflərini rəsmi olaraq Milli Məclisə təqdim edib ki, bu da prosesdə siyasi inkluzliyin yüksək olduğundan xəbər verir. Çox vacib məqamlardan biri də layihənin hazırlanması zamanı beynəlxalq təcrübə öyrənilməsi nə nəzərə alınmasıdır. Layihə hazırlanarkən Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, həmçinin 20-dən artıq ölkənin təcrübəsi öyrənilib və yaxşı təcrübələr nəzərdən keçirilib. Bu isə qanun layihəsinin beynəlxalq prinsplərinə uyğun olaraq hazırlanmasının göstəricisidir.”

Qeyd etmək lazımdır ki, Milli Məclisin saytında yerləşdirilmiş layihə ilkin variantdır və bu da o deməkdir ki, ictimai dinləmə zamanı verilən təklifləri nəzərdən keçirilməklə qanun layihəsi daha da təkmilləşdiriləcək.