Home Gündəm Azərbaycan Prezidenti: “Artıq iki sutkaya yaxındır ki, atəşkəs rejiminə riayət olunur”

Azərbaycan Prezidenti: “Artıq iki sutkaya yaxındır ki, atəşkəs rejiminə riayət olunur”

184
0
SHARE

Artıq iki sutkaya yaxındır ki, atəşkəs rejiminə riayət olunur.

TAN.AZ xəbər verir ki, bu sözləri Azərbyacn Prezidenti İlham Əliyev Səmərqənddə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşündə deyib.

“Döyüş toqquşmaları 8 saatdan az davam edib və dayandırılıb. Doğrudur, erməni tərəfi atəşkəs rejiminə dərhal əməl etməyə başlamadı, lakin bütövlükdə artıq iki sutkaya yaxındır ki, atəşkəs rejiminə riayət olunur. Sərhəd münaqişələri olur. Lakin əsas budur ki, vəziyyəti sabitləşdirmək, onu dinc şəraitə keçirmək mümkün olub. Mənim indi yerlərdən aldığım informasiyaya görə, dediyim kimi, artıq iki günə yaxındır ki, vəziyyət sabitləşib. İndi əsas məsələ münasibətlərin başlanmaqda olan normallaşması prosesini pozmamaq, bu istiqamətdə irəliləməkdir”,- deyə Prezident İlham Əliyev bildirib.