Home Gündəm Dövlət başçısı Fransa Prezidenti Kabinetinin müşavirini qəbul edib

Dövlət başçısı Fransa Prezidenti Kabinetinin müşavirini qəbul edib

196
0
SHARE

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri xanım İzabel Dümonu qəbul edib.

TAN.AZ xəbər verir ki, görüşdə Fransa Prezidenti Emanuel Makronla Azərbaycan Prezidenti İlham Əliyev arasında son dövrlərdə telefon danışıqları əsnasında aparılmış müzakirələr və konstruktiv dialoq qeyd olunub.

Söhbət zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqlar prosesi, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Azərbaycanın üzləşdiyi mina problemi və Birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən 4000 nəfərə yaxın Azərbaycan vətəndaşının itkin düşmüş hesab edildiyini vurğulayıb. Bu məsələlərinin həllinin vacibliyi qeyd edilib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Azərbaycan-Fransa ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

***

13:12

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri xanım İzabel Dümonu qəbul edib.

TAN.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.