Home Gündəm Ombudsman Ermənistanın müharibə cinayətləri ilə bağlı çağırış edib

Ombudsman Ermənistanın müharibə cinayətləri ilə bağlı çağırış edib

194
0
SHARE

Ermənistan silahlı qüvvələrinin üzvləri davamlı olaraq beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq normalarının, o cümlədən Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cü il tarixli Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozaraq azərbaycanlı mülki şəxslərə, hərbi qulluqçulara, xüsusilə də yaralılara və həlak olmuş şəxslərə qarşı işgəncə və insanlıq əleyhinə əməllərlə müşahidə olunan müharibə cinayətləri törədib, bu kimi cinayətləri hələ də törətməkdə davam etməkdədir.

Ombudsman Aparatından verilən xəbərə görə, son günlər sosial şəbəkələrdə yayılmış videolarda erməni hərbçiləri tərəfindən həlak olmuş azərbaycanlı hərbçilərə münasibətdə törədilən qeyri-insani əməllər deyilənləri bir daha sübut edir.