Home Gündəm Daimi Nümayəndəlik: Minsk qrupunu canlandırmaq cəhdləri illüziyalarla qidalana bilər

Daimi Nümayəndəlik: Minsk qrupunu canlandırmaq cəhdləri illüziyalarla qidalana bilər

195
0
SHARE

ATƏT-i Ermənistanı qəbuledilməz davranışlara yol verməkdən çəkindirməyə çağırırıq.

TAN.AZ xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Rövşən Sadıqbəylinin adından yayılan bəyanatda bildirilib.

Bəyanatda deyilir ki, regionda uzunmüddətli sülh və sabitliyə başqa alternativ yoxdur.

Qeyd olunub ki, münaqişə zamanı Ermənistan silahlı qüvvələrinin törətdiyi ən ağır beynəlxalq cinayətlərə lazımi diqqət yetirilməyib. Belə ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan hərbçilərinə, hərbi əsirlərə və mülki şəxslərə qarşı törətdiyi hərbi cinayətləri açıq-aydın sübut edən çoxsaylı reportajlar və videoçarxlar qarşısında bəzilərinin susmağı acınacaqlıdır, birtərəfli çağırışlar isə prosesə mənfi təsir göstərə bilər:

“Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar çoxsaylı videogörüntülərdə azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətləri əks etdirən kadrların araşdırılmasının zəruriliyini vurğulayıb və günahkarların məsuliyyətə cəlb edilməsinə çağırıb”.

Vurğulanıb ki, Azərbaycan iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlarda irəliləyişin vacib olduğu fikrini bölüşür və Azərbaycan regional sülhün möhkəmləndirilməsi və çoxtərəfli regional əməkdaşlığın inkişafı üçün hər zaman ardıcıl və konstruktiv mövqe tutub.

Xatırladılıb ki, Azərbaycan öz ərazi bütövlüyünü Minsk qrupunun heç bir rolu olmadan bərpa edib: “Minsk Qrupunu canlandırmaq və köhnə rəvayətləri təkrarlamaq cəhdləri yalnız yalan gözləntilər və ya illüziyalarla qidalana bilər. Bu, Ermənistanda hələ də hökm sürən revanşist münasibətləri davam etdirə və gərginliyi artıra, beləliklə, diqqəti münaqişədən sonrakı normallaşma gündəliyindən yayındıra bilər”.