Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov Ağdamda mina partlayışı nəticəsində 3 nəfərin xəsarət alması ilə bağlı Tvitterdə paylaşım edib.
TAN.AZ paylaşımı təqdim edir:
“Mina partlaması nəticəsində daha 2 azərbaycanlı mülki şəxs ağır yaralanıb. Müharibənin bitməsindən bəri 259 nəfər həlak olub. Ermənistanın Azərbaycan ərazilərində məqsədyönlü və davamlı olaraq mina basdırmasına münasibət bildirilməli və pislənilməlidir”