Türk Dövlətləri Təşkilatının (TDT) Səmərqənddə baş tutacaq sammiti təşkilata üzv ölkələr arasında həmrəyliyi daha da gücləndirəcək.
TAN.AZ xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada Qazaxıstan lideri Kasım-Jomart Tokayevlə birgə mətbuat konfransı zamanı deyib.
Ərdoğan Türk dünyasının inteqrasiyasına dair əlavə addımların atılacağını da bildirib.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının Səmərqənd sammiti noyabrın 11-də keçiriləcək.