Home Gündəm Çavuşoğlu: ATƏT-in Azərbaycanla sərhədə müşahidəçi göndərmək qərarı işğalçını dəstəkləmək səyləridir

Çavuşoğlu: ATƏT-in Azərbaycanla sərhədə müşahidəçi göndərmək qərarı işğalçını dəstəkləmək səyləridir

192
0
SHARE

Qarabağ problemi, Azərbaycanın torpaqları ATƏT-in Minsk qrupu üçlüyünün səyləri nəticəsində işğaldan azad olunmayıb. Onlar 30 il ərzində konsensusa gələ bilmədiklərini deyirdilər.

TAN.AZ xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, indi də Ermənistanla Azərbaycan sərhədinə müşahidəçi göndərmək qərarı yenə işğalçını dəstəkləmək səyləridir və bu məsələdə Azərbaycanın fikri nəzərə alınmayıb.

Nazirin sözlərinə görə, Qarabağ probleminin 30 il ərzində həll olunmaması da məhz 3 həmsədrin birtərəfli olması, işğalçını dəstəkləməsi ilə bağlı olub.