Home Gündəm Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı qərar qəbul ediləcək

Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı qərar qəbul ediləcək

258
0
SHARE

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində investorlar üçün şərait yaradırıq.

TAN.AZ xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, xüsusilə Orta Dəhlizin canlandırılması üçün yollar axtarırlar: “11 Noyabrda Səmərqənddə baş tutacaq Türk Dövlət Təşkilatının Zirvə görüşündə Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı qərar qəbul edəcəyik. Bu, Türkiyənin təklifi idi. Ümid edirik ki, üzv dövlətlər də bunu qəbul edəcək”.

XİN rəhbəri qeyd edib ki, Azərbaycan, Qazaxıstan və Özbəkistanla təsis etdikləri platformalar çərçivəsində enerji, ticarət və digər sahələrdə əməkdaşlığı dərinləşdirirlər.