Home Gündəm Səfir: “Füzulidə Uşaqların Yaradıcılıq İnkişafı Mərkəzinin tikintisi maliyyələşdirilib”

Səfir: “Füzulidə Uşaqların Yaradıcılıq İnkişafı Mərkəzinin tikintisi maliyyələşdirilib”

208
0
SHARE

Bizim məqsədimiz yaxın gələcəkdə Azərbaycanla Qazaxıstan arasında qarşılıqlı ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaqdır.

TAN.AZ xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov Qazaxıstanın Müstəqilliyi Günü və Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş tədbirdə deyib.

Səfir bildirib ki, 1990-ci il 25 oktyabrında Qazaxıstan Parlamenti Dövlət Suverenliyi ilə bağlı Deklarasiya qəbul edib.

Qazaxıstan diplomatı bu ilin yanvarında öz ölkəsində baş verənlərə toxunaraq deyib ki, son hadisələrdən sonra ölkədə dəyişikliklər baş verib.

“Ədalətli Qazaxıstan” prinsipi qəbul olunub ki, burada məqsəd hər bir Qazaxıstan vətəndaşı üçün bərabər hüquqların, imkanların və müdafiənin təşkilini nəzərdə tutur.

Səfir deyib ki, hökumət vacib siyasi, sosial-iqtisadi islahatlar həyata keçirir.

“Siyasi partiyaların qeydiyyatı sadələşdirilib, parlamentə daxil olmaq üçün hədd 7 faizdən 5 faizə endirilib. Qazaxıstanda ölüm hökmü ləvğ olunub”, – deyə Serjan Abdıkərimov bildirib.

Diplomat vurğulayıb ki, onun ölkəsində “müxtəliflikdə həmrəylik prinsipi hər zaman qorunacaq”.

Diplomat iki ölkə arasında münasibətlərə də toxunub. Qazaxıstan səfiri deyib ki, Azərbaycan və Qazaxıstanı dərin yaxın köklər, mədəniyyətləri bir-birinə bağlayır.

Səfir Abdıkərimov Qazaxıstanın Prerzidenti Kasım-Jomart Tokayevin Bakıya səfərini xatırladaraq onun əhəmiyyətini vurğulayıb.

“Azərbaycan və Qazaxıstan yaxın ölkələr, starteji tərəfdaşlardır. İki ölkə arasında heç bir məslədə fikir ayırılığı yoxdur. Beynəlxalq məsələlərdə eyni yanaşmanı bölüşürük. Biz Türk dövlətlərinin inteqrasiyasını dəstəkləyirik. Azərbaycan və Qazaxıstan arasında geniş əməkdaşlıq imkanları var, bura ticarət investisiya, logistika, enerji, informasiya texnologiyaları, təhsil mədəniyyət və s. daxildir”,- deyə səfir bildirib.

Serjan Abdıkərimov deyib ki, onun ölkəsi Qarabağda bərpa və yenidənqurmaya töhfə verir.

O, Qazaxıstanın dəstəyi ilə Füzulidə inşa ediləcək Uşaqların Yaradıcılıq İnkişafı Mərkəzinin tikintisinin maliyyələşdirildiyini deyib.

Tədbirdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov da çıxış edib

“Azərbaycan və Qazaxıstan qardaş ölkələr, strateji tərəfdaşlar, müttəfiqlərdir. Qazaxıstan Azərbaycanın ədalətli mövqeyini həmişə dəstəkləyib, bu gün də Qarabağdakı yenidənqurmaya töhfə verir. Bu, qardaşlığın nümunəsidir”,- deyə nazir bildirib.

Nazir deyib ki, indiyə qədər Azərbaycan Qazaxıstana 204 milyon dollar, Qazaxıstan isə Azərbaycana 100 milyon dollar sərmayə qoyub.

2022-ci il yanvar-avqust ayında ölkələr arasında ticarət dövriyyəsi 369 milyon dollar olub.