Home Gündəm Könül Nurullayeva: “İran Azərbaycan-Türkiyə birgə təlimlərindən nəticə çıxarmalıdır”

Könül Nurullayeva: “İran Azərbaycan-Türkiyə birgə təlimlərindən nəticə çıxarmalıdır”

1309
0
SHARE

Azərbaycan-Türkiyə hərbi təlimlərinin iki ölkənin qardaşlığının nümayişi ilə yanaşı, həm də Azərbaycanla təhdid dilində danışmağa çalışan dövlətlərə açıq mesajdır. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, indi İranla Azərbaycan arasında baş verənlər bizim tərəfimizdən yaranmayıb. Biz yalnız cavab veririk və istər sözlə olsun, istərsə də əməllə hər cür anti-Azərbaycan addımına cavab verəcəyik.

“Biz də onlardan qorxmadığımızı nümayiş etdirmək üçün İran sərhədində hərbi təlimlər təşkil etməli olduq. Biz onlara deyirik ki, onlardan qorxmuruq. Biz öz həyat tərzimizi, dünyəvi inkişafımızı, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İrandakı azərbaycanlıların müdafiəsini təmin etmək üçün hər şeyi edəcəyik. Onlar bizim millətin bir parçasıdır.”

İranın sərhəddə keçirdiyi təlimlər hər nə qədər Azərbaycana qarşı əzələ nümayişi olsa da heç bir nəticəsi yoxdur. Belə ki, bu, İran ordusunun gücündən daha çox qeyri-peşəkar, müasir dövrün hərbi standartlarından çox geridə qaldığını göstərdi. Görünən budur ki, uzun illər tətbiq olunmuş sanksiyalar səbəbindən İran ordsu texnoloji baxımdan 50 il əvvəlki səviyyədə qalıb. Azərbaycanın atdığı addımlar, o cümlədən də Zəngəzur dəhlizinin reallaşdırılması heç kimə qarşı yönəlməyib, əksinə, bölgənin inkişafına əsaslı töhfə vermək məqsədi daşıyır. Bu mənada cənub qonşumuz İranın da aqressiyası əsassızdır.

Azərbaycan və Türkiyənin birgə təşkil etdiyi təlimlər isə əsasən İranla sərhəddə keçirilir ki, bu da molla rejiminin bir müddət əvvəl Arazın o tayında keçirdiyi təlimlərə cavabdır. Molla rejimi Türkiyə və Azərbaycanın müasir ordusuna baxıb nəticə çıxarmalıdır. İran təlimlər zamanı guya Araz çayını keçdiyi haqda təsəvvür yaratmağa çalışırdı, əslində isə köhnə silah-sursatlı İran hərbçiləri çayın İranın ərazisindən keçən hansısa qolu yaxınlığında toplaşmışdılar. İndi Türkiyə ilə Azərbaycan hərbi təlimdə çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması tapşırığını yerinə yetirməklə İrana dərs verdi.

Əslində, Azərbaycanla Ermənistan arasında uzun müddətdir davam edən qarşıdurma sona çatıb. Deməli, bu o deməkdir ki, regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq. Prezident İlham Əliyevin də söylədiyi kimi, buna sevinməməyi və bunun geosiyasi səbəblərini başa düşmürük. İşğal dövründə İran hərbi qüvvələri Azərbaycanın işğal olunmuş ərazisi ilə sərhəd olan ərazidə heç vaxt hərbi təlim keçirməyib. Onlar bunu edə bilərdilər. Azərbaycan sərhədinin 132 kilometri işğal altında olub və bu, Azərbaycanla İranın sərhədidir. Amma onlar sərhəddə hərbi təlim keçirmədilər. 30 il Azərbaycanın ərazilərini işğal altında saxlayan Ermənistanın ərazi bütövlüyü İran üçün “qırmızı xətt” oldu.

Düz 21 il əvvəl, 2001-ci ildə İranın Xəzərdə Azərbaycana qarşı açıq təhdidinə cavab olaraq Bakıda Azadlıq meydanı üzərində “Türk şahinləri” perormans sərgilədi. O zaman bundan nəticə çıxardığı kimi, bu gün də gərək İran bundan nəticə çıxarsın.