Home Gündəm İlham Məmmədov: “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur”

İlham Məmmədov: “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur”

246
0
SHARE

Qədim dövlətçilik ənənələrinə sahib olan Azərbaycan xalqı təssüf ki, XIX əsrdən başlayaraq XX əsrin sonlarına qədər böyük məhrumiyyətlərlə üzləşmək məcburiyyətində qaldı, iki əsr ərzində çox mürəkkəb ictimai-siyasi proseslərin içərisində qalmalı oldu. Bütün bunlara baxmayaraq 1969-cu ildə Ulu öndər Heydər Əliyevin Azərbaycan SSR-inin rəhbəri olması xalqa yeni ümidlər verdi. Gələcəkdə müstəqilliyə və azadlığa qovuşacağımıza inanmağa başladıq. 1969-1982-ci illərdə Azərbaycan SSR-ə rəhbərlik edən Heydər Əliyev ən geridə qalmış, kənd təsərrüfatı ölkəsi olan Azərbaycanın yeni sənayeləşmiş ölkəyə çevirdi. Sovet hakimiyyəti tərəfindən xalqımıza qarşı yürütdülən mənfur siyasətin qarşısı alındı, milli şüurun oyanışının əsası qoyuldu. Sonralar SSRİ rəhbərliyində təmsil olunan Ümummilli lider Heydər Əliyev həmin illərdə də xalqımızın və dövlətimizin mənafeyini daim müdafiə etdi. SSRİ rəhbərliyinin Azərbaycana qarşı qeyri-obyektiv siyasi mövqeyini pisləyən Heydər Əliyev öz vəzifəsindən istefa verdi. 1990-cı ildə 20 Yanvar hadisəsi baş verdikdən sonra Heydər Əliyev bəyanatla hadisəni pisləmiş, günahkarların cəzalandırılmasını tələb etmiş və kommunist partiyasının sıralarını tərk etmişdir. Milli maraqlarımız uğrunda canında keçməyə hazır olan uzaqgörən siyasətçi öz mücadiləsini bir müddət Naxçıvanda davam etdirmiş, 1992-ci ildə Azərbaycanı parlaq gələcəyə aparacaq Yeni Azərbaycan Partiyasını qurmuşdur. Müstəqilliyinə yeni qovuşmuş Azərbaycan səriştəsiz siyasi hakimiyyətin uğursuz daxili və xarici siyasəti nəticəsində məhv olmaq təhlükəsi ilə üzləşəndə yenə də Heydər Əliyev vətənin səsinə-səs verərək ikinci dəfə hakimiyyətə geri döndü. Onun siyasi hakimiyyətə qayıdışı ölkədaxili xaos və anarxiyaya, vətəndaş müharibəsinə son qoydu, Azərbaycan müstəqillik yolunda inamla irəliləməyə başladı. Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm addım olan Bişkek protokolu imzalandı, gələcəkdə topraqlarımızın işğaldan azad olunması üçün müxtəlif tədbirlər həyata keçirilməyə başlandı. 1993-2003-cü illərdə Azərbaycanın beynəlxalq nüfuzu, iqtisadi və hərbi gücü xeyli artdı.

Ulu Öndər Heydər Əliyevin uzaqgörən və praqmatik siyasəti onun siyasi varisi İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın 44 günlük vətən müharibəsində əldə etdiyi qələbə bunun bariz nümunəsidir. Biz tək hərb meydanında yox, digər sahələrdə də son 19 ildə böyük uğurlara imza atmışıq. Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrilib. Ölkəmiz Cənubi Qafqazda sülh və sabitliyin təminatçısıdır. Mən əminəm ki, Azərbaycan yaxın gələcəkdə İnkişaf Etmiş Ölkələr sırasına daxil olacaq. Cənubi Qafqazın ən böyük və qüdrətli dövləti kimi Azərbaycan dahada güclənəcək, möhkəmlənəcək və müasir bəşər tarixinin həlledici mərhələlərində əhəmiyyətli missiyalar yerinə yetirəcək.

İlham Məmmədov,
Milli Məclisin deputatı