“İranda baş verənlər üzücü və narahatedicidir”.
TAN.AZ xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın NTV telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, İranda əxlaq polisi ilə bağlı müzakirələr başladı.
“Ümid edirəm ki, bu, əsas hüquq və azadlıqları qoruyan bir struktura çevriləcək. İran administrasiyasının bu istiqamətdə qətiyyəti olduğunu görürük. İranın bəzi ermənipərəst mövqeyi Azərbaycan tərəfi kimi bizi də narahat edirdi”.- deyə Kalın bildirib.
Onun sözlərinə görə, bunlar İran tərəfi ilə müzakirə olunur.
***
Saat 00:14
Ankara İranda baş verən hadisələrdən narahatdır və bununla bağlı rəsmi Tehranın qətiyyətini görür.
TAN.AZ xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın NTV telekanalına müsahibəsində deyib.
“Biz də Bakı kimi İran tərəfinin bəzi bəyanatlarından narahatıq. Bu baxımdan üçtərəfli formatda danışıqlar bütün bu məsələləri həll edə bilər”, – deyə Kalın bildirib.