Home Gündəm Daimi nümayəndə: Ermənistan Azərbaycan dövlətinə və xalqına vurulmuş ziyanı ödəməlidir

Daimi nümayəndə: Ermənistan Azərbaycan dövlətinə və xalqına vurulmuş ziyanı ödəməlidir

157
0
SHARE

Ermənistan öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə riayət etməli, özünün silahlı qüvvələrini və qanunsuz silahlı dəstələrini Azərbaycan ərazisindən tamamilə çıxarmalı, ərazi iddialarına və qanunsuz fəaliyyətə son qoymalı, belə hərəkətlərdən çəkinməli, mina terrorizminə son qoymalı, münaqişə dövründə itkin düşmüş bir neçə min azərbaycanlının taleyinə aydınlıq gətirməli, Azərbaycan dövlətinə və xalqına vurulmuş ziyanı ödəməli, dövlətlərarası münasibətlərlə bağlı diplomatik həllərin tezliklə tapılması məqsədilə birbaşa danışıqlar aparılmalıdır.

TAN.AZ xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Yaşar Əliyev Təhlükəsizlik Şurasında “Beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsində hüququn aliliyinin təşviq edilməsi və möhkəmləndirilməsi” mövzusunda müzakirələr zamanı çıxışında deyib.

O qeyd edib ki, razılaşdırılmış prinsiplər və öhdəliklər əsasında Ermənistan ilə Azərbaycan arasında ikitərəfli və nəticəli danışıqların dəstəklənməsi bütün beynəlxalq birlik üçün həmişəkindən daha vacibdir. Düşmənçilik səhifəsini çevirmək, davamlı və möhkəm sülh yaratmaq üçün hələ mövcud olan imkanı nəzərdən qaçırmaq olmaz.