Home Gündəm Jalə Əhmədova: “Azərbaycan Avropa istehlakçılarının artan tələbatını ödəmək üçün gərgin çalışır”

Jalə Əhmədova: “Azərbaycan Avropa istehlakçılarının artan tələbatını ödəmək üçün gərgin çalışır”

180
0
SHARE
Jalə Əhmədova

Prezident İlham Əliyev bir neçə gün əvvəl yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxışında Azərbaycanın tranzit ölkəsi kimi qarşısında dayanan vəzifələrdən danışdı.

 Orta Dəhlizin üstünlüklərini diqqətə çatdıran cənab Prezident bildirdi ki, bu nəhəng layihədə iştirak edən Azərbaycan özünün Qərbində bu layihənin digər iştirakçıları olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir və ölkəmiz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırıb.

Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsi müşahidə olunur. Artıq neçə ildir ki, neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlamışıq. Bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialı var.

Bugünkü reallıqlar Azərbaycanın tranzit ölkəsi olmasını vacib edir. Bu səbəbdən Azərbaycan öz iqtisadiyyatının şaxələndirilməsi üzərində ciddi işləyir. Nəqliyyat sahəsi ixracımızı şaxələndirməyə imkan verəcək. Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır. Tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı olacaq. Hazırda Azərbaycan Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malikdir. Bununla yanaşı, dəmiryol şəbəkəsi də inkişaf etdirilməlidir.

Təbii qazla bağlı Avropa Komissiyasının müraciətinə əsasən, müxtəlif istiqamətlər üzrə işlər davam edir. Ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda bizim 2027-ci ilə qədər təchizatı iki dəfə artıracağımız nəzərdə tutulur.

Avropa İttifaqına təchizat minimum 20 milyard kubmetr səviyyəsində olacaq. Bunun üçün Avropada daha çox interkonnektorlar olmalıdır. Onlardan biri – Yunanıstan-Bolqarıstan interkonnektoru keçən ilin sonlarında açıldı və bu, bizə Bolqarıstana və bu ildən etibarən Rumıniyaya təbii qazı təchiz etməyə başlamaq imkanı verdi.

Hazırda Azərbaycan Avropa istehlakçılarının artan tələbatını ödəmək üçün gərgin çalışır. TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ı isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirməliyik.

Azərbaycanın yaşıl enerji ilə bağlı potensialı da çox böyükdür. Xəzər dənizinin külək potensialı 157 qiqavat, qurudakı potensial isə 27 qiqavatdır. Eyni zamanda, iki il bundan əvvəl aparılmış Vətən müharibəsində işğaldan azad etdiyimiz ərazilərdə 10 qiqavat potensialı da hesablayanda, ümumi potensialımız 200 qiqavata yaxındır.

Ötən ilin dekabrında Gürcüstandan Rumıniyaya sualtı kabel xəttini çəkmək üçün Buxarestdə müqavilə imzalanıb. Bu xəttin gücü 4 qiqavatdır. Hazırda texniki-iqtisadi əsaslandırma işləri aparılır. “Masdar” şirkəti ilə imzalanmış razılaşma külək və günəş enerjisi hasilatını 2027-ci ilədək 4 qiqavat və 2037-ci ilədək 6 qiqavat artıracaq. “Fortescue Future Industries”lə imzalanmış Anlaşma Memorandumuna əsasən, 12 qiqavatadək hasilat üçün Azərbaycana investisiya yatırılacaq.