Home Gündəm Azərbaycan və Küveytin XİN başçıları Bakıda keçiriləcək Zirvə Görüşü barədə fikir mübadiləsi...

Azərbaycan və Küveytin XİN başçıları Bakıda keçiriləcək Zirvə Görüşü barədə fikir mübadiləsi aparıblar

171
0
SHARE

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasına işgüzar səfəri çərçivəsində Küveyt dövlətinin xarici işlər naziri Şeyx Salem Abdullah Al-Caber Al-Sabah ilə görüşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, iki ölkə arasında münasibətlərin tarixən dostluq prinsipləri əsasında qurulduğunu vurğulayan nazir Ceyhun Bayramov, ölkəmizin mövcud əməkdaşlığı daha da genişləndirmək niyyətində olduğunu bildirib.

İstər ikitərəfli, istərsə də çoxtərəfli müstəvilərdə münasibətlərin uğurla inkişaf etdiyini bildirən nazir beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin önəmindən bəhs edib.

Nazirlər həmsədrləri olduqları Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiya üzrə gələcək planlar və Bakıda mart ayında keçirilməsi nəzərdə tutulan Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü barədə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin turizm, elm, təhsil, mədəniyyət və digər sahələrdə mümkün əməkdaşlıq perspektivlərini müzakirə ediblər.