Home Gündəm Ceyhun Bayramov: Azərbaycan hər zaman olduğu kimi, bu çətin günlərdə də qardaş...

Ceyhun Bayramov: Azərbaycan hər zaman olduğu kimi, bu çətin günlərdə də qardaş Türkiyənin yanındadır

145
0
SHARE

Azərbaycan hər zaman olduğu kimi, bu çətin günlərdə də qardaş Türkiyənin yanındadır, baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində öz dəstəyini davam etdirəcək.

TAN.AZ xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə telefon danışığı zamanı bildirib.

Nazir Ceyhun Bayramov, qardaş Türkiyənin bu ağır sınaqdan da üzüağ çıxacağına dair inamını əminliklə ifadə edib.