Home Gündəm Azərbaycanın xarici işlər naziri İsrail və Fələstinə rəsmi səfərə yola düşüb

Azərbaycanın xarici işlər naziri İsrail və Fələstinə rəsmi səfərə yola düşüb

137
0
SHARE

Martın 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, səfər çərçivəsində martın 29-30-da nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikasının İsrail Dövlətindəki səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.