Home Gündəm Azərbaycan və Türkiyənin xarici işlər nazirləri mövcud regional vəziyyəti müzakirə ediblər

Azərbaycan və Türkiyənin xarici işlər nazirləri mövcud regional vəziyyəti müzakirə ediblər

126
0
SHARE

Aprelin 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, telefon danışığı zamanı Türkiyənin xarici işlər naziri aprelin 11-də Ermənistanın təxribatları nəticəsində Azərbaycanın hərbçilərinin həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb.

Türkiyəli nazir ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

Telefon danışığı zamanı tərəflər, həmçinin Azərbaycanla Türkiyə arasında gündəlikdə duran ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini, habelə mövcud regional vəziyyəti müzakirə ediblər.