Home Gündəm Azərbaycan Prezidenti: Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq

Azərbaycan Prezidenti: Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq

123
0
SHARE

Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq.

TAN.AZ xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında bildirib.

“Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq. Buna görə də biz hələ də ümid edirik ki, onlar məntiqli davranacaqlar, sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər”, – Prezident İlham Əliyev qeyd edib.