Home Gündəm XİN: “Laçın” sərhəd NBM-dən erməni sakinləri artıq şəffaf şəkildə hər iki istiqamətdə...

XİN: “Laçın” sərhəd NBM-dən erməni sakinləri artıq şəffaf şəkildə hər iki istiqamətdə keçməyə başlayıb

122
0
SHARE

Azərbaycanın öz suveren ərazisində yaratdığı və erməni sakinlərin artıq şəffaf şəkildə hər iki istiqamətdə keçməyə başladığı “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsini (NBM) təsis etməsi məsələsinə hər hansı bir şərh qəbuledilməzdir.

TAN.AZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilib.

“Ermənistan tərəfi Azərbaycanın daxili işlərinə qarışmağa və uzun illər ərzində Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətə son qoymalıdır”, – məlumatda vurğulanır.