Home Cəmiyyət Stalin, Çörçill və Ruzvelti xilas etmiş şəxs – əfsanəvi azərbaycanlı kəşfiyyatçı haqqında...

Stalin, Çörçill və Ruzvelti xilas etmiş şəxs – əfsanəvi azərbaycanlı kəşfiyyatçı haqqında kitab (FOTO)

1215
0
SHARE

Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə Azərbaycan, rus dillərində “Azərbaycanlı kəşfiyyatçı və “Tehran-43″ konfransı” kitabı işıq üzü görüb və ingilis dilində çapa hazırlanır.Trend-in məlumatına görə, kitab əfsanəvi azərbaycanlı kəşfiyyatçı Məmmədhüseyn Əsədov, onun həyat yolu, peşəkarlığı və Böyük Vətən Müharibəsindəki qəhrəmanlıqlarından bəhs edir.Kitabın müəllifləri Milli Məclisin deputatı Arzu Nağıyev və “Alyans” Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyinin sədr müavini Azər Qarayevdir.

Məmmədhüseyn Xudadat oğlu Əsədov 1899-cu ildə anadan olub. 19 yaşı tamam olanda Qırmızı Ordunun xüsusi təyinatlı hissələrinin birində xidmətə başlayıb. Böyük Vətən Müharibəsi başlayanda Baş Kəşfiyyat İdarəsi M.Əsədovu İrana ezamiyyətə göndərib. Çünki o, bir neçə dili mükəmməl bilirdi və geniş kəşfiyyat imkanlarına malik idi. Onun işinin əsas istiqaməti ingilis və alman kəşfiyyatlarına qarşı əməliyyatların təşkil olunması idi. 1942-47-ci illərdə M.Əsədov SSRİ-nin İranda ticarət nümayəndəliyinin rəhbəri vəzifəsini tutub.Həmin dövrdə İran Stalin, Çörçill və Ruzvelt arasında danışıqlar üçün uyğun məkan olaraq seçilib. Konfransa hazırlıq məxfi şəraitdə getdiyindən İranın özünə yalnız altı gün qalmış, noyabrın 22-də məlumat verilib.Noyabrın 28-də Tehran konfansı başladı. Amma konfrans ərəfəsində M.Əsədov alman kəşfiyyatının SSRİ, ABŞ və Böyük Britaniya liderlərinə sui-qəsd hazırlaması barədə məlumat əldə edir. O təkcə məlumatı əldə edən yox, həm də sui-qəsdin qarşısının alınmasında fəal iştirak edən ilk şəxslərdən olub.Sui-qəsd cəhdi haqqında ilk dəfə 1943-ci il dekabrın 17-də ABŞ prezidenti Franklin Ruzvelt mətbuat konfransında geniş ictimaiyyətə məlumat verib.Bu əməliyyatın keçirilməsində müstəsna roluna görə Məmmədhüseyn Əsədov eyni zamanda iki ordenlə – “Lenin” və “Qırmızı Ulduz” ordenləri ilə təltif olundu.Qeyd edək ki, Azərbaycanın qəhrəman oğlu Məmmədhüseyn Əsədov haqqında kitabda yer alan fakt və sübutların nəşr olunması ermənilərin həmin dövrün hadisələrini saxtalaşdımaq niyyətlərini ifşa edib.

Kitabın rus dilində variantı bu linkdədir…

M.Əsədov kitab