Bu gün Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü keçirilib.
TAN.AZ-ın verdiyi xəbərə görə, öncə birgə foto çəkdirilib.
Görüş Avropa İttifaqının mənzil-qərargahında baş tutub.
Qeyd edək ki, görüş 4 saata qədər davam edib.
***
15:09
Bu gün Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü başlayıb.
TAN.AZ-ın verdiyi xəbərə görə, görüş Avropa İttifaqının mənzil-qərargahında keçirilir.