Home Gündəm Şarl Mişel: Azərbaycan və Ermənistan liderləri Cənubi Qafqazda sülhə ümumi istəklərini ifadə...

Şarl Mişel: Azərbaycan və Ermənistan liderləri Cənubi Qafqazda sülhə ümumi istəklərini ifadə ediblər

117
0
SHARE

Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə baş tutan 5-ci görüşündə açıq və nəticəyə yönəlik fikir mübadiləsi aparılıb.

TAN.AZ xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşündən sonra mətbuata açıqlamasında qeyd edib.

O qeyd edib ki, tərəflər Azərbaycan-Ermənistan əlaqələrinin normallaşmasında əldə edilən tərəqqiyə fokuslanıblar və liderlər Cənubi Qafqazda sülhə ümumi istəklərini ifadə ediblər.

“Mən onların səylərini təqdir edirəm. Biz birlikdə gündəliyimizdəki bütün məsələləri nəzərdən keçirdik. Sülh müqaviləsi ilə bağlı bu yaxınlarda ABŞ-da keçirilmiş pozitiv danışıqların ardınca Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh razılaşmasının imzalanması istiqamətində həlledici addımların atılması üçün qazanılmış impuls saxlanılmalıdır”, – o vurğulayıb.