Home Gündəm Azərbaycanın elm və təhsil naziri Gürcüstanın Baş naziri ilə görüşüb

Azərbaycanın elm və təhsil naziri Gürcüstanın Baş naziri ilə görüşüb

108
0
SHARE

Tbilisidə səfərdə olan Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev mayın 19-da Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

TAN.AZ xəbər verir ki, görüşdə ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətləri diqqət mərkəzində olub.

Söhbət zamanı, müxtəlif sahələrdə, o cümlədən elm və təhsil sahəsində mövcud əməkdaşlığın inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Bu xüsusda iki ölkənin elm və təhsil qurumları arasında 2022-ci ildə imzalanmış sazişin əhəmiyyəti qeyd edilib.

Tərəflər gələcəkdə iki ölkə arasında elm və təhsil sahəsində mövcud məhsuldar əməkdaşlığın daha da genişlənəcəyinə və möhkəmlənəcəyinə ümidvar olduqlarını vurğulayıblar.

Eyni zamanda, ali təhsil müəssisələri arasında əlaqələr, xüsusi peşə təhsili sahəsində birgə əməkdaşlıq məsələləri də müzakirə olunub.

Söhbət zamanı Azərbaycanın ADA Universiteti ilə Gürcüstanın üç aparıcı təhsil ocağı arasında imzalanan müqavilələrin əhəmiyyəti xüsusi qeyd olunub.

Görüşdə ADA Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycanın səfiri Faiq Quliyev və Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvari iştirak ediblər.