Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Litva Respublikasının keçmiş Prezidenti Zati-aliləri cənab Valdas Adamkusa başsağlığı məktubu ünvanlayıblar.
TAN.AZ xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri,
Həyat yoldaşınız, ömür-gün dostunuz Alma Adamkiyenenin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.
Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyirik”.