Home Gündəm Prezident: Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə ticarət dövriyyəsi ötən il 31...

Prezident: Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə ticarət dövriyyəsi ötən il 31 faiz artıb

120
0
SHARE

Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrlə ticarət dövriyyəsi ötən il 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib.

TAN.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Moskvada qonaq qismində iştirak etdiyi Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, bu ilin yanvar-aprel aylarında ticarət dövriyyəsi əlavə 38 faiz artıb.

Dövlət başçısının sözlərinə görə, ötən il Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 9 faizə yaxın təşkil edib.

“Biz ticarət dövriyyəsinin gələcək inkişafı üçün böyük potensial görürük”, – Azərbaycan Prezidenti vurğulayıb.