Dəyərinin hesablanması mümkün olmayan tarix-mədəniyyət abidələrindən başqa Ermənistan işağlı nəticəsində Azərbaycana dəymiş ziyanın məbləği 23 tiriliyon dollardan artıq qiymətləndirilir.
Ermənistan Azərbaycanın yalnız 20 faiz torpağını işğat etməyib, həmçinin bu ərazilərdə olan milli mədəniyyət abidələrini məhv edib. Trend-in məlumatına görə, erməni vandalizmi nəticəsində işğal olunmuş ərazilərdə yerləşən ilk insan məskənləri olmuş Azıx və Tağlar mağaraları, Qara köpək, Üzərlik təpə kurqanları məhv edilib və hazırda hərbi məqsədlər üçün istifadə edilir.
Şuşa, Laçın, Kəlbəcər, Zəngilan, Fizulu rayonlarının ərazilərdinəki qəbrstanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, Qafqaz Albaniyasına məxsus abidələr, azərbaycanlıların o torpaqlarda mövcudluğunu sübüt edən milli mədəni dəyərlərimiz təcavüzə məruz qalıb.
Azıx mağarasında ermənilər boya ilə divarlara adlar yazıblar.
Milli Məclisin deputatı Jalə Əliyeva bildirir ki, elə bir nümunəni qeyd etmək olar: “Aşıq Şəmşir ocağında yaranan bütün ədəbi nümunələr – Miskin Abdaldan, Aşıq Qurbanın, Aşıq Şəmşirin qələmindən çıxan yazılı abidələr ermənilər tərəfindən yandırılıb külə çevrilib. Xan Şuşiniskinin, Üzeyir Hacıbəylinin, Natavnın abidələrinə həqarət olunub, təhqir olunub”.
İşğal olunmuş ərazidə yerləşən məsciddə ermənilər heyvanların saxlanılması üçün istifadə edir.
Qeyd edək ki, işğal olunmuş ərazilərdə erməni işğalçılarının özbaşnalığı, tarix və mədniyyət abidələrinin qəsdən məhv edilməsi silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında 1954-cü il Haaqa konvensiyasına, 1992-ci Avropa konvensiyasına, YUNESKO-nun 1972-ci il konvesiyasına ziddir.
İşğal olunmuş ərazilərdə maddi mədəniyyət abidələrimizin ermənilər tərəinfən dağıdılması bugün də davam edir.İşğalçılar həmin ərazilərdə qeyri-peşəkar qazıntı işləri həyata keçirir, aşkarladıqları tapıntıları qarət edərək Ermənistana aparırlar
Ümumilikdə işğal olunmuş ərazilərimizdə 13 dünya əhəmiyyətli, 292 ölkə əhəmiyyətli və 330 yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi, bununla yanaşı 40 mindən çox əşyanın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert müəssisə, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qaleriyası, 85 musiqi məktəbi yerləşir. Bütün bu sadalanan əhəməiyyətli obyektlər erməni işğalçıları tərəfindən bu gün də məhv edilir.