Bakı ilə yanaşı, rayonlarımızda da müasir idman kompleksləri fəaliyyət göstərir.
TAN.AZ xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çunu qəbul edən zaman bildirib.
Dövlət başçısı işğaldan azad edilmiş ərazilərimizdə də geniş idman infrastrukturunun yaradılacağını vurğulayıb.