Home Gündəm Azərbaycanın müdafiə naziri Türkiyənin yeni milli müdafiə nazirinə təbrik məktubu göndərib

Azərbaycanın müdafiə naziri Türkiyənin yeni milli müdafiə nazirinə təbrik məktubu göndərib

126
0
SHARE

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin yeni müdafiə naziri ordu generalı Yaşar Gülərə təbrik məktubu göndərib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məktubda yazılıb: “Cənab Yaşar Gülər, Sizi qardaş Türkiyə Respublikasının milli müdafiə naziri təyin edilməyiniz münasibətilə öz adımdan və Azərbaycan Ordusunun şəxsi heyəti adından səmimi qəlbdən təbrik edirəm.

Siz Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olarkən də Azərbaycan Ordusunun təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsinə dəstəyinizi əsirgəməmisiniz.

Əminəm ki, Türkiyə Respublikasının milli müdafiə naziri olduğunuz müddətdə də birgə fəaliyyətimiz yüksək səviyyədə davam edəcək.

Azərbaycan və Türkiyə orduları arasında əməkdaşlığın daha da inkişafına və güclənməsi istiqamətində atılan addımlara böyük töhfələr verəcəksiniz.

Sizi bir daha öz adımdan və Azərbaycan Ordusunun şəxsi heyəti adından səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətinizdə böyük uğurlar arzulayıram”.