Home Gündəm Nazir: Kommunikasiyaların açılması regionumuzda davamlı sülhə və sabitliyə mühüm töhfə verəcək

Nazir: Kommunikasiyaların açılması regionumuzda davamlı sülhə və sabitliyə mühüm töhfə verəcək

109
0
SHARE

Ötən il Azərbaycan ərazisindən tranzit 75 faiz artıb. Bütün kommunikasiyaların açılması regionumuzda davamlı sülhə və sabitliyə daha böyük töhfə verəcək, ticarət və nəqliyyatı əhəmiyyətli dərəcədə artıracaq.

TAN.AZ xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfəri çərçivəsində Xəzər Siyasət Mərkəzi tərəfindən təşkil edilmiş Xəzər Bağlantı Konfransında çıxışı zamanı deyib.

Orta Dəhliz daxilində əlaqəni daha da artırmaq üçün böyük potensiala malik Zəngəzur dəhlizinin əhəmiyyətindən söz açan nazir göstərilən səylərə baxmayaraq, Ermənistan tərəfindən kommunikasiyaların açılmasına törədilən çətinlikləri diqqətə çatdırıb.

Avropa İttifaqı ilə Azərbaycan arasında “yaşıl enerji” sahəsində əməkdaşlıqdan da söz açan Ceyhun Bayramov bildirib ki, Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan Qara dəniz sualtı kabel layihəsinin işə salınması regional enerji xəritəsini yenidən müəyyənləşdirəcək və iştirakçı dövlətlərdə enerji sahəsində keçidi sürətləndirəcək.