Home Gündəm Azərbaycan Prezidenti: ABŞ-la əlaqələrimizi daha da genişləndirmək əzmindəyik

Azərbaycan Prezidenti: ABŞ-la əlaqələrimizi daha da genişləndirmək əzmindəyik

94
0
SHARE

“Bu gün biz bir sıra sahələrdə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ABŞ-la əlaqələrimizi daha da genişləndirmək əzmindəyik”.

TAN.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Müstəqillik Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə ünvanladığı təbrik məktubunda deyilir.

“Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-ABŞ tərəfdaşlığının inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylərimizi dövlətlərimizin maraqları və xalqlarımızın mənafeyi naminə bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”, – Prezident İlham Əliyevin təbrik məktubunda qeyd edilir.