Home Cəmiyyət Azərbaycana gələn ərəb ovçulara ciddi nəzarət olunur

Azərbaycana gələn ərəb ovçulara ciddi nəzarət olunur

632
0
SHARE

Azərbaycana gələn turistlərin təqribən 3-5 faizi öv məqsədilə gəlir.

Trend-in məlumatına görə, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis əvəzi Firuddin Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi Facebook səhifəsində “Ekspert saatı”nın növbəti canlı yayımında deyib.

O qeyd edib ki, əlbəttə ki, ov üçün gələn turistlər ölkəmizə əlavə xarici valyutanın gəlməsi deməkdir:

“Sual verilən zaman xüsusilə ərəb ovçuları qeyd olundu. Ancaq nəzərinizə çatdırım ki, Azərbaycana gələn əcnəbi ovçulara daha məsuliyyətlə yanaşılır, daha ciddi nəzarət olunur. Belə ki, əcnəbi ovçulara Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı Dövlət Miqrasiya Xidməti, Daxili İşlər Nazirliyi də nəzarət edir.

Bütün dünyada turistləri cəlb etmək üçün müəyyən infrastruktur yaradılır. Azərbaycanda da bu istiqamətdə lazımi tədbirlər görülür”.