Home Gündəm Hikmət Hacıyev: Ermənistan ictimai xadimləri və media qurumları hərbi cinayətkarın əməllərinə haqq...

Hikmət Hacıyev: Ermənistan ictimai xadimləri və media qurumları hərbi cinayətkarın əməllərinə haqq qazandırmağa çalışır

119
0
SHARE

Ermənistanın ictimai xadimləri və media qurumları hərbi cinayətkarın əməllərinə dövlət səviyyəsində haqq qazandırmağa çalışır.

TAN.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter“ paylaşımında bildirib.

Hikmət Hacıyevin sözlərinə görə, hazırda Ermənistanın bir sıra rəsmi, ictimai, media qurumları 25 mülki azərbaycanlını qətlə yetirmiş hərbi cinayətkar Vaqif Xaçatryanın saxlanmasına “etiraz etməklə” hərbi cinayətlərə dövlət səviyyəsində dəstək verir və onların bu fəaliyyəti cinayətkarın əməllərinə haqq qazandırmaqdan başqa bir şey deyil.

Həmçinin əlavə olunub ki, Xaçatryan BQXK-nın xətti ilə tibbi evakuasiyadan istifadə edərək Qarabağdan qaçmağa çalışıb.