Home Gündəm Azərbaycan öz müşahidələrini Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib

Azərbaycan öz müşahidələrini Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib

103
0
SHARE

Bu gün Azərbaycan İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı işdə (Azərbaycan Ermənistana qarşı) Ermənistanın qaldırdığı ilkin etirazlara dair öz müşahidələrini Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib.

TAN.AZ xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov “X“də bildirib.

“Ermənistanın İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Beynəlxalq Konvensiyanı pozması birbaşa olaraq BƏM-in yurisdiksiyasına aiddir”, o, paylaşımda qeyd edib.