Home Gündəm XİN: Bölgədə sülhə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Qarabağ bölgəsindən...

XİN: Bölgədə sülhə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Qarabağ bölgəsindən çıxarılmasıdır

84
0
SHARE

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir”.

TAN.AZ xəbər verir ki, bu Xarici İşlər Nazirliyinin bəyanatında öz əksini tapıb.

“Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır”, – deyə bəyanatda qeyd olunub.