Home Gündəm Ceyhun Bayramov Qoşulmama Hərəkatı – “77-lər Qrupu” və Çin Birgə Kordinasiya Komitəsinin...

Ceyhun Bayramov Qoşulmama Hərəkatı – “77-lər Qrupu” və Çin Birgə Kordinasiya Komitəsinin iclasında çıxış edib

97
0
SHARE

22 sentyabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Qoşulmama Hərəkatı (NAM) – “77-lər Qrupu” və Çin Birgə Kordinasiya Komitəsinin (JCC) xarici işlər nazirləri səviyyəsində iclasına həmsədrlik edib və tədbirdə çıxış edib.

TAN.AZ xəbər verir ki, bu barədə XİN maəlumat yayıb.

Nazir çıxışında JCC-nin 9 ildən sonra öz fəaliyyətini bərpa etməsinin tarixi hadisə olduğunu, Azərbaycanın NAM-a sədrliyi dövründə JCC-nın canlandırılmasını öz fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etdiyini və Kubadan olan həmkarlar ilə məhsuldar əməkdaşlıq sayəsində ölkəmizin JCC-nin iclasını təşkil etməyə nail olduğunu diqqətə çatdırıb.

Nazir cari ilin iyul ayında NAM-ın Əlaqələdirmə Bürosunun Bakı şəhərində keçirilmiş Nazirlər İclasında üzv ölkələrin beynəlxalq iqtisadiyyat, ticarət və maliyyə məsələlərində inkişaf etməkdə olan ölkələrin rolunun artırılması üçün NAM və “77-lər qrupu” və Çin arasında əlaqələdirmənin gücləndirilməsinə ehtiyacın olduğunu bir daha təsdiq etdiklərini qeyd edib. Bu xüsusda, Azərbaycanın Uqandanın paytaxtı Kampala şəhərində 2024-cü ilin yanvar ayında “77-lər qrupu” və Çinin Üçüncü Cənub Sammitinin və NAM-ın On Doqquzuncu Sammitinin keçirilməsini səbirsizliklə gözlədiyini və bunun JCC çərçivəsində “77-lər qrupu” və NAM arasında Cənub-Cənub Əməkdaşlığını daha da gücləndirəcəyini nümayiş etdirdiyi vurğulanıb.

Nazir həmçinin, Bakı şəhərində keçirilən 2023 Nazirlər görüşündə, NAM üzv ölkələrinin baş qərargahı inkişaf etməkdə olan ölkədə yerləşəcək Cənub-Cənub əməkdaşlığının üçün BMT-nin İxtisaslaşmış Agentliyinin yaradılması ilə bağlı “77-lər qrupu” və Çin ilə işləyəcəkləri barədə razılığa gəldiklərini bildirib. Cənub-Cənub Əməkdaşlığının inkişaf etməkdə olan ölkələrin həmrəylik prinsipi əsasında BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün birgə fəaliyyətlərini əks etdirdiyi diqqətə çatdırılıb.