Home Gündəm Bakı Təşəbbüs Qrupunun Ofisinin açılışı olub

Bakı Təşəbbüs Qrupunun Ofisinin açılışı olub

147
0
SHARE

Oktyabrın 21-də Bakı Təşəbbüs Qrupunun Ofisinin rəsmi açılış mərasimi olub.

TAN.AZ xəbər verir ki, açılışda Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov, qurumun rəsmi şəxsləri, yerli və xarici qonaqlar iştirak ediblər.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.

Qrup XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.