Home Gündəm İraq Nümayəndələr Şurasının üzvləri Milli Məclisdə olublar

İraq Nümayəndələr Şurasının üzvləri Milli Məclisdə olublar

81
0
SHARE

Oktyabrın 27-də Milli Məclisin Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri İraq Respublikası Nümayəndələr Şurasının üzvləri ilə görüşüblər.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İlham Məmmədov ölkələrimiz arasındakı tarixi əlaqələrdən söz açıb. Eyni zamanda, Azərbaycanın İraqla həm dövlətlərarası, həm də parlamentlərarası münasibətlərinin yüksək səviyyədə olmasından danışıb.

İraq Respublikası Nümayəndələr Şurasının İnsan haqları komitəsinin sədri Ərşad Rəşad Əl-Salihi bölgədə gedən prosesləri yaxından izlədiklərini, Qarabağın azad olunmasına sevindiklərini qeyd edib. O, Azərbaycanın regionda sülhün və tərəqqinin möhkəmləndirilməsi uğrunda səylərini yüksək qiymətləndirib. Nümayəndə heyətinin sədri Azərbaycanla müxtəlif sahələrdə əlaqələri inkişaf etdirməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə Milli Məclisin İraqla parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri Anar İsgəndərov, Rəşad Mahmudov, İraq Respublikası Nümayəndələr Şurasının üzvləri Nuruldin Hüssein Qublan, Luqman Əhməd Nəcm, Qərib Əsgər Naqi çıxış edərək qarşılıqlı əlaqələrin, parlamentlərarası münasibətlərin inkişaf etdirilməsi perspektivləri barədə fikirlərini bölüşüblər. Deputatlar vurğulayıblar ki, parlamentlərarası dostluq qruplarının fəaliyyəti iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə xidmət edir.