Son vaxtlar ABŞ Azərbaycana qarşı səlib yürüşünə çıxmışdır. Bu dəfə ermənidən çox erməni olmasıyla bütün dünyada məşhur olan Samanta Pauer xüsusi “canfəşanlıq” göstərmişdir.
TAN.AZ xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması bəyanat yayıb.
Yerli amerikanları kütləvi surətdə qıran, lakin buna görə heç utanmayan bir ölkənin rəsmisinin indi gəlib Azərbaycanı “məcburi köçürülmə”də ittiham etməsi ikrah doğurur.
“ABŞ Qarabağdan olan etnik ermənilərlədir” deyən S.Pauerdən soruşuruq: Bəs Ermənistandan deportasiya edilmiş azərbaycanlılarla nə vaxt bir yerdə olacaqsınız?! 4 min azərbaycanlı itkin düşmüş şəxsin taleyi ilə bağlı nə vaxt narahatlığınızı bildirəcəksiniz?! Azərbaycandakı mina qurbanları ilə nə vaxt həmrəylik ifadə edəcəksiniz?!
Aydındır, səlibçi mentalitetinizə görə bunu heç vaxt etməyəcəksiniz. Buna görə də, sizin və rəhbərlik etdiyiniz, adında “yardım” sözü olan, amma müxtəlif ölkələrdə dağıdıcı fəaliyyətlə məşğul olan USAID adlanan təşkilatın mühazirələrinə ehtiyacımız yoxdur.